İranda daha 125 nəfər koronavirusdan ölüb

İranda daha 125 nəfər koronavirusdan ölüb
  02 Sentyabr 2020    Oxunub:3028
İranda son sutka ərzində koronavirus infeksiyasından 125 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, indiyədək ölkədə virusdan 21 797 nəfər vəfat edib.

Bir gündə daha 1858 nəfər koronavirusa yoluxub. İranda virusa yoluxanların ümumi sayı 378 752-yə çatıb.

Hazırda 3693 xəstənin vəziyyəti ağırdır. Bu günə qədər 326 801 nəfər koronavirusdan sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti