Persona non-qrata elan edilən diplomat Rusiyanı tərk edib

Persona non-qrata elan edilən diplomat Rusiyanı tərk edib
  02 Sentyabr 2020    Oxunub:3073
Rusiya Xarici İşlər Nazirliyi (XİN) tərəfindən persona non-qrata elan edilən avstriyalı diplomat bu ölkənin ərazisini tərk edib.
Azvision.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Avstriyanın Moskvadakı səfirliyinin əməkdaşı artıq Rusiyanı tərk edib.

Xatırladaq ki, avqustun 25-də Avstriya Xarici İşlər Nazirliyi fəaliyyətinin Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına zidd olduğu iddia edilən rus diplomatı ölkədən çıxarmağa qərar verib.

Rusiyanın Vyanadakı səfirliyi Avstriyanın qərarını əsassız adlandırıb və bunun iki ölkənin münasibətləri üçün zərərli olduğunu bəyan edib.

Həmin gün Rusiya XİN qarşılıqlı əlaqə prinsipini rəhbər tutularaq Avstriyanın Moskvadakı səfirliyinin diplomatını persona non-qrata elan edib. 27 avqustda rusiyalı diplomat Avstriyadan çıxarılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Avstriya  





Xəbər lenti