Belarus və Rusiya birgə hərbi təlimlər keçirəcək

 Belarus və Rusiya birgə hərbi təlimlər keçirəcək
  02 Sentyabr 2020    Oxunub:3228
Belarus ilə Rusiya arasındakı hərbi əməkdaşlıq, həmçinin birgə hərbi təlimlərin hazırlanması məsələsi iki dövlətin silahlı qüvvələrinin baş qərargah rəisləri Aleksandr Volfoviç və Valeri Gerasimov tərəfindən müzakirə edilib.
Azvision.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Tərəflər Belarus ərazisində keçiriləcək "Slavyan qardaşlığı - 2020" Belarus-Rusiya- Serbiya təliminə, həmçinin "Qafqaz-2020" strateji komanda-qərargah təliminə (Rusiya ərazisində keçiriləcək) hazırlğı, hərbi əməkdaşlığın mövcud vəziyyətini müzakirə ediblər”, - deyə məlumatda vurğulanıb.

“Qafqaz – 2020” komanda-qərargah təlimi bu ilin sentyabrında Rusiyanın cənubunda keçiriləcək.

"Slavyan qardaşlığı" təlimində isə ənənəvi olaraq Rusiya, Serbiya və Belarusdan olan hərbçilər iştirak edirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qafqaz-2020  





Xəbər lenti