Navalnını “Noviçok”la zəhərləyiblər

Navalnını “Noviçok”la zəhərləyiblər
  02 Sentyabr 2020    Oxunub:4463
Almaniyalı mütəxəssislər Rusiya müxalifətinin lideri, bloger Aleksey Navalnının hərbi maddə olan "Noviçok"la zəhərləndiyini açıqlayıblar.
Azvision.az xəbər verir ki, bu barədə Almaniya hökumətindən bildirilib.

Hərbi toksikoloqlar Navalnının “Noviçok” qrupundan olan maddə ilə zəhərləndiyini təsbit ediblər.

Almaniyanın Nazirlər Kabineti ümumi reaksiya hazırlamaq üçün Navalnının müayinəsinin nəticələri barədə Avropa İttifaqı və NATO-nu xəbərdar edəcək. Bundan əlavə, Kimyəvi Silahların Qadağan olunması Təşkilatı ilə əlaqə qurmağı planlaşdırırlar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Noviçok   Navalnı  





Xəbər lenti