“Türkiyə həmişə tərəddüdsüz Azərbaycanın yanında olacaq” - Çavuşoğlu

   “Türkiyə həmişə tərəddüdsüz Azərbaycanın yanında olacaq” -    Çavuşoğlu
  03 Sentyabr 2020    Oxunub:12432
“Çox təşəkkürlər edirəm cənab Prezident! Can Azərbaycanın dəstəyinə heç vaxt şübhəmiz olmadı. Türkiyə də həmişə tərəddüdsüz Azərbaycanın yanında olacaq”.
Azvision.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” hesabında Prezident İlham Əliyevin Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən ifadə etdiyi “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” fikrinə belə bir şərh yazıb.

XİN rəhbəri, həmçinin ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsini xatırladaraq dövlət bayraqlarımızın qoşa təsvirini paylaşıb.



Azvision.az


Teqlər: Çavuşoğlu  





Xəbər lenti