Bu VİDEO Rusiyanı sarsıtdı
Zərərçəkənlərdən biri 82 yaşlı Lyudmila Matorina indiyədək hücumun şokun yaşayır. Təqaüdçü qadın 9 yanvar günü Vətəndaş prospektində olan evinə gedərkən oğrunun hücumuna məruz qalıb.
Matorina poçtdan rəfiqəsi ilə birgə təqaüdlərin götürüb evə qayıdırdı. Qadının çantasında 20 min rubl (460 AZN) pul var idi. Onlar bloka girdikdə yanlarınca gələn caniyə fikir verməyiblər.
Sonrası isə tez baş verir. Cani Lyudmilanı üzünə yumuruq endirir. Təqaüdçü qadın o dəqiqəcə yıxılır. Oğru çantanı alıb hadisə yerindən qaçaraq uzaqlaşır.
Baş verən hadisələr içində ən faciəlisi isə oğrunun qoca cütlüyə hücumu olur. Hücum binanın girişində olan təhlükəsizlik kamerasına yansıyır. Oğrunun qadına vurduğu zərbə iki həftədən sonra qadının ölümünə səbəb olur. Hücumun videoyazısı internetdə yayıldıqdan sonra hadisə ölkə gündəmində əsas müzakirəyə çevrilib.
Teqlər: