Avropa İttifaqı və NATO-dan Navalnı ilə bağlı çağırış

 Avropa İttifaqı və NATO-dan Navalnı ilə bağlı çağırış
  03 Sentyabr 2020    Oxunub:2371
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanı müxalifət lideri Alexsey Navalnı ilə bağlı hadisəni araşdırmağa çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə hər iki şəxs “Twitter”də paylaşım edib.

Stoltenberqin sözlərinə görə, NATO ölkələri Navalnı barədə vəziyyətlə dair məsləhətləşmələr aparmaq niyyətindədir. Onun fikrincə, hadisə ilə bağlı son təfərrüatlar erkən istintaq ehtiyacını daha da aktuallaşdırır.

Ş.Mişel də Rusiya tərəfini ətraflı istintaq aparmağa çağırıb.

Daha əvvəl, Almaniyanın Nazirlər Kabineti Navalnının orqanizmində “Noviçok” qrupundan olan maddə tapıldığını bəyan edib. Eyni zamanda, onun müalicə aldığı Berlindəki “Charite” klinikasının həkimləri müxalifət liderinin kolinesteraz inhibitorları qrupuna daxil olan maddə ilə zəhərləndiyini bəyan ediblər.

Rusiya səlahiyyətliləri isə Almaniyaya aparılmadan əvvəl Navalnının bədənində zəhərli maddə izinin aşkarlanmadığını deyiblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya  





Xəbər lenti