Ermənistanda yoluxma sayı artmaqda davam edir

 Ermənistanda yoluxma sayı artmaqda davam edir
  03 Sentyabr 2020    Oxunub:1670
Ermənistanda son sutka ərzində daha 196 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə virusa yoluxanların sayı 44 271-ə yüksəlib.

Ermənistanda bir gündə koronavirusdan 3 nəfər həyatını itirib. Bununla pandemiya qurbanlarının ümumi sayı 887 nəfərə çatıb.

Koronavirusa yoluxub, digər xəstəliklərdən ölənlərin sayı isə 271 nəfər təşkil edir. İndiyədək 38 855 xəstə infeksiyadan sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti