Rusiyada bir gündə 4995 nəfər koronavirusa yoluxdu

Rusiyada bir gündə 4995 nəfər koronavirusa yoluxdu
  03 Sentyabr 2020    Oxunub:2580
Rusiyada son sutka ərzində koronavirusa 4995 yeni yoluxma qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə ümumi yoluxma hallarının sayı 1 009 995 nəfərə çatıb.

Rusiyada bir gündə virusdan 114 pasiyent vəfat edib, nəticədə pandemiya qurbanlarının sayı 17 528-ə yüksəlib.

İndiyədək qonşu ölkədə 826 935 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti