“Rusiya dəstək verməsəydi, bizim üçün çətin olacaqdı“ - Lukaşenko

  03 Sentyabr 2020    Oxunub : 3357
 “Rusiya dəstək verməsəydi, bizim üçün çətin olacaqdı“ -  Lukaşenko
Belarus xarici təcavüzlə təkbaşına qalanda Rusiyanın dəstəyi olmasaydı, Minsk üçün çətin olacaqdı.
Azvision.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. O, Rusiyaya dəstəyinə görrə təşəkkür edib.

"Səhvlərə yol verilməməlidir. Çox yaxşı bilməlisiniz: qırmızı bir xətt var, heç kimin onu keçməsinə icazə verilmir. Bu baş verərsə, təbii ki, biz qanunumuzun tam gücü ilə reaksiya göstərəcəyik. Ona görə də bunu insanların diqqətinə çatdırmağınızı xahiş edirəm.

Qoy onlar məni bəzi yumşaqlıqlara görə qınamasınlar. Burada yumşaqlıq yoxdur. Ölkə işləyir, baxmayaraq ki, bir çoxları (xüsusən qonşularımız) çökməyimizi istəyirlər”, - deyə Lukaşenko əlavə edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Lukaşenko