İranda koronavirusdan daha 129 nəfər ölüb

İranda koronavirusdan daha 129 nəfər ölüb
  03 Sentyabr 2020    Oxunub:2696
İranda son sutka ərzində daha 1994 nəfər koronavirusa (COVID 19) yoluxub.
Azvision.az İranın Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, bununla ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 380 746 nəfərə çatıb.

Bir gündə ölkədə 129 nəfər koronavirusdan ölüb. İranda pandemiya qurbanlarının ümumi sayı 21 926-ya yüksəlib. İndiyədək 328 595 nəfər xəstəlikdən sağalıb.

Hazırda virus daşıyıcılarından 3702 nəfərin vəziyyəti ağırdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran  





Xəbər lenti