`Gəncliyin səsi` incəsənət festivalının açılışı oldu

`Gəncliyin səsi` incəsənət festivalının açılışı oldu
  26 Yanvar 2014    Oxunub:2882
Bakıda “Gəncliyin səsi” incəsənət festivalının açılışı oldu.
Bu gün Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2 fevral-Azərbaycan Gəncləri Gününə həsr edilən “Gəncliyin səsi” incəsənət festivalının açılışı olub.

AzVision.az xəbər verir ki, “Arts Council Azerbaijan” təşkilatının həyətində festival çərçivəsində ilk tədbir - "Açıq səma altında plener-4" gənc rəssamların pleneri keçirilib.

“Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov bildirmişdir ki, plenerin məqsədi yaşlı və gənc nəsli bir araya gətirməkdir. O, qeyd edib ki, plenerdə 20-dək rəssam iştirak edir.
Plenerdə rəssamlar natürmort, panorama, portret və digər janrlarda rəsmlər çəkmişlər. Çəkilən əsərlərin fevralın 2-də İçərişəhərdə açıq səma altındakı “Kvartal” qalereyasında sərgilənməsi planlaşdırılır.

Festivalın açılışında həmçinin “Arts Council Azerbaijan” təşkilatının təsis etdiyi “Art” qəzetinin təqdimatı olmuşdur.

Fevralın 7-dək davam edəcək festival çərçivəsində muğam və klassik konsertlərin, sərgilərin, gənc ədiblərlə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Festivalın digər tədbirləri Heydər Əliyev Sarayı, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası, kamera və orqan musiqisi zalı, “LN” incəsənət mərkəzində keçiriləcək.


Teqlər:





Xəbər lenti