Binəli Yıldırım və xanımı koronavirusa yoluxdu

 Binəli Yıldırım və xanımı koronavirusa yoluxdu
  03 Sentyabr 2020    Oxunub:2977
Türkiyənin hakim Ədalət və İnkişaf partiyasından (AKP) seçilən millət vəkili, parlamentin sabiq spikeri, keçmiş Baş Nazir Binəli Yıldırım və həyat yoldaşı koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Binəli Yıldırım özü “Twitter” hesabında bildirib.

"Bu səhər səhhətimizdəki narahatlıqla bağlı Semiha xanımla Ankara Şəhər Xəstəxanasına müraciət etdik. Müayinələr nəticəsində COVID-19 testimizin nəticəsi müsbət oldu. Vəziyyətimiz yaxşıdır, hər hansı ağırlaşma yoxdur. Həkimlər bu dönəmi evdə keçirməyimizi uyğun saydılar. Xüsusilə vətəndaşlarımızı qaydalara riayət etməyə çağırırıq. Dua edirik, dualar gözləyirik", - deyə türkiyəli deputat yazıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Binəli-Yıldırım  





Xəbər lenti