Polşa XİN Lukaşenkonun açıqlamasına şərh vermədi

Polşa XİN Lukaşenkonun açıqlamasına şərh vermədi
  03 Sentyabr 2020    Oxunub:3042
Polşanın Xarici İşlər Nazirliyi Belarus Prezidenti Aleksandr Lukaşenkonun Berlin və Varşava arasında Aleksey Navalnının zəhərlənməsi ilə bağlı məlumatların saxtalaşdırılmasına dair danışığın ələ keçirilməsi barədə açıqlamasına şərh verməyib.
Azvision.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Xarici İşlər Nazirliyi bir qayda olaraq, digər dövlətlərin başçılarının söylədiyi fikirləri şərh etmir", - deyə Polşa XİN-dən bildirilib.

Xatırladaq ki, bu gün Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşdə Lukaşenko Belarusun radioelektron hərbi kəşfiyyatının Varşava ilə Berlin arasındakı danışığı ələ keçirməyə müvəffəq olduğunu söyləyib. Həmin söhbət Almaniya kansleri Angela Merkelin Rusiyanın müxalifət lideri A.Navalnının zəhərlənməsi barədə sözlərinin uydurma olduğunu göstərir.

Lukaşenko Navalnının zəhərlənmədiyini deyib, danışıq qeydlərinin Rusiyaya təqdim ediləcəyini vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Polşa  





Xəbər lenti