Serj Sarkisyanın səhhəti pisləşdi

Serj Sarkisyanın səhhəti pisləşdi
  03 Sentyabr 2020    Oxunub:3860
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan kəskin respirator infeksiya səbəbindən məhkəmə iclasına gəlməyib.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə onun vəkili Amram Makinyan deyib. Vəkilin sözlərinə görə, Sarkisyanın vəziyyəti dünən gecə daha da pisləşib.
"Həkim onu müayinə edib və kəskin respirator infeksiyası diaqnozu qoyub. Vəziyyəti dəyişmir", - deyə Makinyan əlavə edib.

O, məhkəməyə keçmiş prezidentin diaqnozunu təsdiqləyən sənəd təqdim edib. Bildirib ki, Sarkisyana evdə müalicə təyin edilib.

Sabiq prezidentin iştirak etməməsi səbəbindən hakim Vahe Misakyan iclası təxirə salıb. Prokuror Arsen Martirosyan isə Sarkisyanın artıq neçənci dəfədir ki, iclasda iştirak etməməsindən narazılığını bildirib.

Növbəti məhkəmə iclası 22 oktyabr tarixinə planlaşdırılır.

Xatırladaq ki, Serj Sarkisyana qarşı cinayət işi keçən ilin sonunda başladılıb. Eks-prezident 1 milyon dollardan artıq dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti