İrəvanda atışma olub, yaralılar var

İrəvanda atışma olub, yaralılar var
  03 Sentyabr 2020    Oxunub:3147
Ermənistanın paytaxtı İrəvanda atışma olub.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər yaralanıb. Onların arasında kriminal avtoritet Artyom Arutyunyanın qardaşı oğlu da var.

Yaralılar xəstəxanaya aparılıb. Hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.

Xatırladaq ki, daha əvvəl kriminal avtoritet Artyom Arutyunyan və onu müşayiət edən mühafizəçilər Ermənistan polisi tərəfindən saxlanılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti