Rusiya və Belarus sərhədi açmağa hazırlaşır

Rusiya və Belarus sərhədi açmağa hazırlaşır
  04 Sentyabr 2020    Oxunub:3447
Rusiya və Belarus sərhədləri açmağa hazırlaşır.
Azvision.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri yazıb.

Məlumata görə, məsələ Prezident Aleksandr Lukaşenkonun Moskvaya səfəri zamanı müzakirə ediləcək.

"Hər iki ölkənin nəqliyyat nazirlərinə məhdudiyyətlərin aradan qaldırılmasının pandemiyanın ikinci dalğasına gətirib çıxarmaması üçün bütün lazımi tədbirləri hazırlamaq barədə təlimat veriləcək", - deyə nəşr yazıb.

Qeyd edək ki, Rusiya ilə Belarus arasında sərhədlər COVID-19-un yayılması ilə əlaqədar olaraq martın 30-da bağlanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus   Rusiya   Sərhəd  





Xəbər lenti