ABŞ-da sürücü maşını aksiya iştirakçılarının üzərinə sürdü

ABŞ-da sürücü maşını aksiya iştirakçılarının üzərinə sürdü
  04 Sentyabr 2020    Oxunub:2021
Nyu-Yorkda naməlum sürücü idarə etdiyi avtomobili aksiya keçirən insanların üzərinə sürüb.
Azvision.az xəbər verir ki, bu barədə “WABC” telekanalı məlumat yayıb. Hazırda polis hadisəni araşdırır.

Hadisənin “Black Lives Matter” hərəkatı iştirakçılarının yürüşü və ABŞ Prezidenti Donald Trampa dəstək mitinqi zamanı baş verdiyi bildirilir.

Məlumata görə, sürücü avtomobili aksiya iştirakçılarının toplandığı meydana sürüb, əvvəlcə sürəti azaldıb, sonra artırmağa başlayıb.

Zərərçəkənlər barədə məlumat verilməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞPrezidentiDonaldTramp  





Xəbər lenti