Bayden Çin rəsmilərini sanksiyalarla hədələdi

Bayden Çin rəsmilərini sanksiyalarla hədələdi
  04 Sentyabr 2020    Oxunub:2042
ABŞ-da demokratların prezidentliyə namizədi Co Bayden seçkilərdə qalib gələcəyi təqdirdə Tibetdə insan haqlarının pozulmasında iştirak edən Çin rəsmilərinə qarşı sanksiyalar tətbiq edəcəyini söyləyib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, Bayden Tibet sakinlərinə dəstəyi genişləndirməyə hazır olduğunu bəyan edib.

Bayden, həmçinin seçkilərdə rəqibi olan ABŞ-ın hazırkı Prezidenti Donald Trampı Dalay Lama ilə görüşməməkdə və danışmamaqda günahlandırıb.

Daha əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo Ağ Evin əcnəbilərin ölkənin Tibet Muxtar Bölgəsinə girişini məhdudlaşdırmaya məsul olan bəzi Çin səlahiyyətlilərinə sanksiyalar tətbiq edəcəyini söyləyib.

ABŞ artıq Çin Kommunist Partiyası rəsmilərinə Honkonqun muxtariyyətinin pozulmasına, insan haqlarının vəziyyətinə görə sanksiya tətbiq edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti