Avropa İttifaqı Lukaşenkoya sanksiya tətbiq etməyəcək

 Avropa İttifaqı Lukaşenkoya sanksiya tətbiq etməyəcək
  04 Sentyabr 2020    Oxunub:2190
Avropa İttifaqı Belarus Prezidenti Aleksandr Lukaşenkonu Almaniya, Fransa və İtaliyanın tutduğu mövqeyə görə sanksiya siyahısına daxil etməyəcək.
Azvision.az xəbər verir ki, bu barədə “Welt” nəşri yazıb.

Sözügedən ölkələr, respublikada baş verənlərə baxmayaraq, seçilmiş Belarus lideri ilə ünsiyyət kanallarını davam etdirməyin lazım olduğunu bildiriblər.

Beləliklə, Berlin, Paris və Romada Lukaşenkonın "qara siyahı"ya salınmasının Minsklə dialoqun tamamilə pozulmasına səbəb olacağını hesab edirlər.

Xatırladaq ki, Belarus liderinə qarşı sanksiyaların tətbiqi ilk olaraq Baltikyanı ölkələr və Polşa tərəfindən irəli sürülüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Berlin   ParisvəRoma   Lukaşanko  





Xəbər lenti