Ermənistanda koronavirusdan ölüm sayı 900-ə çatır

 Ermənistanda koronavirusdan ölüm sayı 900-ə çatır
  04 Sentyabr 2020    Oxunub:1861
Ermənistanda son sutka ərzində daha 190 nəfərdə koronavirus infeksiyası (COVID-19) aşkar olunub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 44 461 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 4 nəfər ölüb, pandemiya qurbanlarının sayı 891 nəfərə çatıb.

Koronavirusa yoluxmuş, digər xəstəliklərdən ölənlərin sayı 272 nəfərdir. İndiyədək 39 257 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti