Ermənistanda fövqəladə vəziyyət karantinlə əvəzlənir

Ermənistanda fövqəladə vəziyyət karantinlə əvəzlənir
  04 Sentyabr 2020    Oxunub:2679
Ermənistanda fövqəladə vəziyyət rejimi karantinlə əvəzlənəcək.
Azvision.az xəbər verir ki, Ermənistan parlamenti bu gün hökumətin təqdim etdiyi "əhalinin sanitariya və epidemioloji təhlükəsizliyinin təmin edilməsi" haqqında qanuna əlavə və dəyişiklikləri birinci oxunuşda qəbul edib.

Sənəd layihəsinin lehinə 80, əleyhinə 28 nəfər səs verib. Beləliklə, fövqəladə vəziyyətin karantinlə əvəzlənməsi qərara alınıb.

"Parlaq Ermənistan" fraksiyasının rəhbəri Edmon Marukyan dəyişikliyin əleyhinə çıxış edib. Onun sözlərinə görə, karantin fövqəladə vəziyyətdən daha pis ola bilər və nəticədə Ermənistanın sərhədləri bağlı qalmaqda davam edəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti