“Santa Barbara”nın aktyoru intihar edib

“Santa Barbara”nın aktyoru intihar edib
  04 Sentyabr 2020    Oxunub:3016
Tanınmış aktyor Peter Likassi ABŞ-da ölü tapılıb.
Azvision.az xəbər verir ki, bu barədə onun həmkarı və dostu Maykl Siqel “Facebook” səhifəsində məlumat yayıb.

Likassi avqustun 27-də intihar edib. Onun sözlərinə görə, aktyor uzun illər depressiya ilə mübarizə aparıb.

"Onunla 16 il səhnədə yan-yana işləmək xoşbəxtliyinə nail olmuşam. Amma Likassi ilə 38 il dost olduğum üçün daha şanslıyam və onun sayəsində həqiqi dostluğun nə olduğunu başa düşdüm".

Peter Likassi 70 yaşında idi. Aktyorun ən çox sevilən rolu “Kosmosdan gələn qatil klounlar” komediyası və “Santa Barbara” serialındakı epizodik obrazıdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SantaBarbara  





Xəbər lenti