Şoyqu koronavirusa qarşı peyvənd olunub

Şoyqu koronavirusa qarşı peyvənd olunub
  04 Sentyabr 2020    Oxunub:3408
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu koronavirusa qarşı peyvənd olunub.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Şoyqu MDB, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin iclasında deyib.

Koronavirusa qarşı dünyada qeydiyyatdan keçmiş ilk Rusiya peyvəndinin bu gün adıçəkilən təşkilatların və Serbiyanın Müdafiə nazirinin iştirakı ilə təqdimatı olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti