Navalnının dərisində zəhərli maddənin izləri aşkarlandı

Navalnının dərisində zəhərli maddənin izləri aşkarlandı
  04 Sentyabr 2020    Oxunub:3182
Almaniyalı mütəxəssislər zəhərli maddənin izlərini Rusiyanın müxalifət lideri Aleksey Navalnının yalnız qanında deyil, dərisində, sidikdə və su şüşəsində tapıblar.
Azvision.az xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri öz mənbələrinə istinadən yazıb.

Ehtimal olunur ki, Navalnı zəhərləndikdən sonra butulkadakı sudan içib, buna görə su şüşəsində zəhər izləri aşkarlanıb.

Qeyd edək ki, Navalnı hazırda Berlin klinikasında müalicə alır.

Almaniya tərəfi onun “Noviçok” qrupuna daxil olan maddə ilə zəhərləndiyini iddia edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Navalnı  





Xəbər lenti