İranda partlayış: 217 nəfər yaralandı

     İranda partlayış:    217 nəfər yaralandı
  05 Sentyabr 2020    Oxunub:5074
Bu gün İranın İlam əyalətində güclü partlayış olub.
Azvision.az TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 217 nəfər xəsarət alıb. Yaralılara ilkin yardım göstərilib.

Məlumata görə, partlayış xlor balonlarını daşıyan yük avtomobilində baş verib. Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: İran   Partlayış  





Xəbər lenti