Fransada rekord sayda yoluxma qeydə alınıb

Fransada rekord sayda yoluxma qeydə alınıb
  05 Sentyabr 2020    Oxunub:3677
Fransada son sutka ərzində koronavirusa 8975 yeni yoluxma qeydə alınıb. Bu, epidemiya başlayandan bəri rekord göstəricidir.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla belə sutka ərzində koronavirusdan ölüm halı baş verməyib.

Hazırda Fransa xəstəxanalarında 4671 COVID-19 xəstəsi var, onlardan 473 nəfəri reanimasiyadadır.

Ölkədə mart ayının sonundan indiyədək gündəlik maksimum 7578 yoluxma aşkarlanmışdı. Ümumilikdə Fransada koronavirusa yoluxanların sayı 309 mini ötüb. Pandemiya qurbanlarının sayı isə 30 686 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fransa  





Xəbər lenti