Araq içənləri zəhərləyən erməni koronavirusa yoluxdu

Araq içənləri zəhərləyən erməni koronavirusa yoluxdu
  05 Sentyabr 2020    Oxunub:3631
Ermənistanın Armavir bölgəsində kütləvi zəhərlənmə hadisəsində təqsirləndirilən Aşot Ovsepyan koronavirus infeksiyasına yoluxub.
Azvision.az “news.am”a istinadən xəbər verir ki, bu barədə onun vəkili Qor Qevorkyan deyib.

Vəkilin sözlərinə görə, onlar fors-major halla qarşılaşıblar və belə vəziyyətdə həbs məsələsinə baxıla bilməz.

O, Ovsepyanın artıq tibb mərkəzinə yerləşdirildiyini və təcrid olunduğunu qeyd edib. Vəkil özü də təcrid olunacağını söyləyib.

Xatırladaq ki, Armavir regional İstintaq İdarəsində zəhərlənmə ilə bağlı cinayət işi açılıb. İşin istintaqı çərçivəsində Armavir sakini, 1970-ci il təvəllüdlü Aşot Ovsepyan saxlanılmışdı. O, təhlükəsizlik tələblərinə cavab verməyən məhsul satmaqda şübhəli bilinir.

Son məlumata görə, Ermənistanda alkoqoldan zəhərlənmədə 14 nəfər ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti