Bu gündən İranda dərslər başladı

Bu gündən İranda dərslər başladı
  05 Sentyabr 2020    Oxunub:3327
İranda bu gündən məktəblərdə dərslər başlayıb.
Azvision.az İran KİV-lərinə istinadən xəbər verir ki, Prezident Həsən Ruhani videokonfransla yeni tədris ilinin başlaması münasibətilə tədbirə qatılıb.

O bildirib ki, məktəblərdə dərslər əvvəlki illərlə müqayisədə 15 gün tez başlayıb. Bu da ötən il təhsillə bağlı çatışmazlığı aradan qaldırmaq məqsədi daşıyır.

İran Prezidenti məktəbləri səhiyyə protokollarına əməl etməyə çağırıb.

Xatırladaq ki, pandemiyadan əvvəl İranda dərslər sentyabrın 22-də başlayırdı. Bu il dərslər onlayn və ənənəvi formada təşkil olunacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Məktəb   Dərs  





Xəbər lenti