Daha bir ölkə turistlərin qəbulunu bərpa etdi

Daha bir ölkə turistlərin qəbulunu bərpa etdi
  05 Sentyabr 2020    Oxunub:4052
Namibiya xarici turistlərin qəbulunu bərpa edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla belə, ölkəyə gələn xarici turistlər üçün bir sıra şərtlər irəli sürülüb.

Belə ki, turistlər mənfi koronavirus testi barədə arayışa sahib olmalı, (72 saat ərzində)
ölkənin paytaxtı Vindhukdakı əsas beynəlxalq hava limanından keçməlidirlər.

Bundan əlavə, ölkəyə çatanda sağlamlıq anketini doldurmaq tələb olunur. Hava limanında şübhəli simptomları aşkarlanarsa, COVID-19 üçün ödənişli test verməlidirlər.

Həmçinin, turistlərdən səyahət sığortası da tələb olunacaq. Namibiya səlahiyyətliləri tərəfindən izləniləcək yerli mobil telefon nömrəsi almaq vacibdir.

Qonaqlar birbaşa hava limanından Namibiya Turizm Şurası və Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş otelə və ya yaşayış yerinə getməlidirlər. Əcnəbilərə yolda dayanmağa icazə verilmir.

Mütəxəssislərin fikrincə, xarici səyahətçilər üçün bu ölkəyə giriş və qalma sxemi hələlik mürəkkəb görünür.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Namibiya   Turist  





Xəbər lenti