Ermənistanda içkidən ölənlərin sayı 17-yə çatdı

 Ermənistanda içkidən ölənlərin sayı 17-yə çatdı
  05 Sentyabr 2020    Oxunub:4871
Ermənistanda alkoqoldan zəhərlənmə nəticəsində daha 3 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da alkoqoldan zəhərlənərək ölənlərin sayı 17 nəfərə çatıb.

Nazirliyin məlumatında bildirilib ki, avqustun 31-dən sentyabrın 5-dək içkidən 46 zəhərlənmə faktı qeydə alınıb, onlardan 17 nəfər ölüb, 16 nəfər isə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hazırda 13 nəfərin müalicəsi davam edir.

Üç xəstədə nevroloji simptomlar və koma vəziyyəti müşahidə edilir. Digər 3 xəstədə korluq yaranıb. Həkimlər simptomların metanol zəhərlənməsi üçün tipik olduğunu bildiriblər.

Onlar xəstələrdən yalnız 1-nin vəziyyətinin qənaətbəxş olduğunu, qalanların isə ağır və son dərəcə ağır olduğunu deyiblər.

Xatırladaq ki, kütləvi zəhərlənməyə səbəb olmuş alkoqollu içkinin istehsalı ilə məşğul olan Aşot Ovsepyan barəsində həbs qərarı verilib, lakin vəkili onun koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirildiyini söyləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   İçki   Zəhərlənmə  





Xəbər lenti