İrəvanda erməni hərbçilərin məzarları təhqir olundu

İrəvanda erməni hərbçilərin məzarları təhqir olundu
  05 Sentyabr 2020    Oxunub:12244
2016-cı ilin aprel döyüşlərində ölən erməni hərbçilərin İrəvandakı məzarları təhqir olunub.
Azvision.az xəbər verir ki, bu barədə aprel döyüşlərinin iştirakçısı Qrant Sarkisov "Facebook" səhifəsində məlumat paylaşıb.

O bildirib ki, naməlum şəxslər kapitan Armenak Urfanyan və kiçik serjant Robert Abacyanın məzar daşlarını ləkələyib.

Bunun artıq ikinci dəfədir baş verdiyini deyən Sarkisov məzar daşlarının yağla ləkələndiyini əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Erablur   Erməni  





Xəbər lenti