İranda koronavirusdan daha 110 nəfər ölüb

İranda koronavirusdan daha 110 nəfər ölüb
  05 Sentyabr 2020    Oxunub:4531
İranda son sutka ərzində 1894 nəfər koronavirusa (COVID -19) yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölkədə virusa yoluxanların sayı 384 666 nəfərə yüksəlib.

İranda bir gündə virusa yoluxmuş 110 nəfər ölüb, bununla pandemiya qurbanlarının ümumi sayı 22 154-ə çatıb.

İndiyədək 332 131 pasiyent sağalıb. Xəstələrdən 3708 nəfərin vəziyyəti ağırdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti