Azərbaycandan daha 122 İran vətəndaşı ölkəsinə qayıtdı

Azərbaycandan daha 122 İran vətəndaşı ölkəsinə qayıtdı
  05 Sentyabr 2020    Oxunub:5770
Bu gün İranın daha 122 vətəndaşı Azərbaycandan təxliyə olunub.
Azvision.az xəbər verir ki, bu barədə İranın Bakıdakı səfiri Seyid Əli Musəvi “Twitter” hesabında yazıb.

“İranın səfirliyi və Azərbaycan rəsmilərinin əməkdaşlığı nəticəsində bu gün 122 nəfərdən ibarət bir qrup İran vətəndaşı ölkəyə qayıdıb. İran vətəndaşları Astara sərhəd-buraxılış məntəqəsindən keçiblər”.

Səfirin bildirdiyinə görə, bununla koronavirus pandemiyası dövründə Azərbaycandan İrana qayıdan vətəndaşların sayı 1501 nəfərə çatıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran  





Xəbər lenti