Hindistanda rekord sayda yoluxma qeydə alındı

Hindistanda rekord sayda yoluxma qeydə alındı
  06 Sentyabr 2020    Oxunub:3279
Hindistanda son sutka ərzində 90 min 600 nəfər koronavirusa yoluxub, 1044 ölüm faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifah Nazirliyi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxanların ümumi sayı 4 milyon 110 min 839 nəfərə çatıb. İndiyədək 70 min 679 pasiyent pandemiyanın qurbanı olub.

Qeyd edək ki, Hindistan COVID-19 infeksiyasına yoluxanların, həm də ölənlərin sayına görə ABŞ və Braziliyadan sonra dünyada üçüncü yerdədir.

Azvision.az


Teqlər: Hindistan   Koronavirus  





Xəbər lenti