Ermənistanda COVID-19-dan ölüm sayı 900-ə çatdı

Ermənistanda COVID-19-dan ölüm sayı 900-ə çatdı
  07 Sentyabr 2020    Oxunub:3082
Ermənistanda son sutka ərzində daha 62 nəfərdə koronavirus infeksiyası (COVID-19) aşkar olunub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 44 845 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 3 nəfər ölüb, pandemiya qurbanlarının sayı 900-ə çatıb.

Koronavirusa yoluxmuş, digər xəstəliklərdən ölənlərin sayı 275 nəfərdir. İndiyədək 40 121 xəstənin sağaldığı deyilir.

Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti