XİN rəhbərləri telefonla danışdılar

  07 Sentyabr 2020    Oxunub : 3631
XİN rəhbərləri telefonla danışdılar
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Özbəkistanın Xarici İşlər naziri Əbdüləziz Kamilov arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə XİN-in mətbuat xidməti məlumat yayıb.

Qarşılıqlı əməkdaşlıq əlaqələrinin müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparan XİN başçıları ikitərəfli əməkdaşlığın inkişafı, o cümlədən pandemiyaya baxmayaraq ölkələr arasında ticarət dövriyyəsinin artdığını vurğulayıblar.

Tərəflər, həmçinin Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, həmçinin Özbəkistan Respublikasının Müstəqil Dövlət Birliyində (MDB) hazırkı sədrlik dövründən irəli gələn məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı tərəflər digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Azvision.az

Teqlər: XİN   Özbəkistan