Fransa prezidenti xanımından rəsmən ayrıldı

Fransa prezidenti xanımından rəsmən ayrıldı
  27 Yanvar 2014    Oxunub:1106
Olland tərəfindən xəyanətə uğrayan Valeri Trieyveyler Parisi tərk edib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verib ki, Fransa prezidenti Fransua Olland vətəndaş nigahında olduğu Valeri Trieyveylerdən rəsmi şəkildə ayrıldığın elan edib.

Ölkənin birinci xanımı sayılan Trieyveyler isə artıq Parisi tərk edərək Hindistana gedib. Onun burada aclıqla mübarizəyə həsr olunmuş humanitar məqsədli tədbirdə iştirak edəcəyi gözlənilir.
Fransa mətbuatı tərəfindən “Klozergeyt” adlandırılan (xəbəri ilk yayan Closer jurnalının adından) skandaldan sonra Fransua Olland “France-Press” agentliyinə müsahibəsində 49 yaşlı Trieyveylerlə münasibətlərinə son verdiyini açıqlamışdı.

Elə həmin gün sosial şəbəkə vasitəsilə müraciət yayımlayan keçmiş birinci ledi prezident sarayını tərk edən zaman personalın nümayiş etdirdiyi sədaqətə və xoş emosiyalarına görə, Yelisey sarayına öz minnətdarlığını bildirmişdi. Xəyanət qalmaqalından sonra da Hindistana səfər qrafikini dəyişməyən Trieyveylerin Dehlidə xeyriyyə ziyafətində iştirak edəcəyi və çıxış edəcəyi gözlənilir. Bu onun prezident sarayından ayrıldıqdan sonra ilk ictimai çıxış olacaq.

Xatırladaq ki, 59 yaşlı prezident Fransua Ollandın həyatı ictimai müzakirə obyektinə çevrilmişdi. Bu “Closer” jurnalının prezidentin 2 ildən artıqdır ki, 41 yaşlı aktrisa Juli Qaye ilə gizli eşq macərası yaşaması ilə bağlı xəbərindən sonra baş vermişdi. Olland xəbəri nə təsdiq, nə də təkzib etməsə də mətbuatı şəxsi həyata müdaxiləyə görə məhkəməyə verəcəyi ilə hədələmişdi.

Xəyanətə uğrayan Valeri Trieyveyler Ollandla rəsmi nikahla evli olmasalar da, həyat yoldaşı 2012-c ilin mayında prezident seçildikdən sonra birinci ledi səlahiyyətlətlərini icra etməyə başlamışdı.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti