Erməni hərbçi özünü güllələdi

Erməni hərbçi özünü güllələdi
  07 Sentyabr 2020    Oxunub:5665
Azərbaycanın işğal edilmiş Xocavənd yaşayış məntəqəsində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində xidmətdən bezən əsgər Ara Petrosyan qəsdən özünə xəsarət yetirib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dözülməz şəraitdən, təhqir və təzyiqlərdən təngə gələn A.Petrosyan odlu silahdan atəş açaraq özünü yaralayıb.

Hərbi hospitala yerləşdirilən əsgər və onu bu həddə çatdıran komandiri barəsində cinayət işi açılıb.

Azvision.az



Teqlər: Ermənistan   Hərbiçi  





Xəbər lenti