AŞPA-nın iclasında erməni deputat susduruldu

AŞPA-nın iclasında erməni deputat susduruldu
  07 Sentyabr 2020    Oxunub:4815
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar and məcburi köçkünlər komitəsinin iclasında Livan ermənilərinin Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz köçürülməsi məsələsini qaldırıb.
Azvision.az xəbər verir ki, Beyrutda baş vermiş partlayışdan sonra yaranmış humanitar böhran səbəbindən dünya ictimaiyyətinin Livana dəstəyi fonunda Ermənistan siyasi rəhbərliyinin həlak olmuş insanların acıları üzərində siyasi oyun quraraq öz işğal siyasətini daha da möhkəmlətməyə çalışması AŞPA nümayəndə heyətlərinin diqqətinə çatdırılıb.

İclasda Ermənistan nümayəndə heyətindən də deputatın olmasına və moderator tərəfindən Ermənistana cavab haqqı verilməsinə baxmayaraq, Tatevik Hayrapetyan faktlar qarşısında susmağa məcbur olub.

Azvision.az


Teqlər: AŞPA  





Xəbər lenti