Hikmət Hacıyev İstanbulda media nümayəndələri ilə görüşdü

   Hikmət Hacıyev İstanbulda media nümayəndələri ilə görüşdü
  08 Sentyabr 2020    Oxunub:4057
Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.
Azvision.az xəbər verir ki, sentyabrın 8-də Azərbaycan nümayəndə heyətinin rəhbəri Hikmət Hacıyev İstanbulda fəaliyyət göstərən beynəlxalq media qurumlarının nümayəndələri ilə görüşərək müzakirələr aparıb.

Prezidentin köməkçisi özünün “Twitter” səhifəsində görüşlə bağlı yazıb: “İstanbulda fəaliyyət göstərən beynəlxalq media nümayəndələri ilə görüşmək və açıq dialoq aparmaq çox xoş idi. Ermənistan-Azərbaycan münaqişəsi, regional və beynəlxalq mövzularda geniş müzakirələr apardıq”.

Qeyd edək ki, üç gün davam edən səfər sentyabrın 8-də başa çatacaq.

Xatırladaq ki, Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfərinin əsas məqsədi ölkələrimiz arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsini həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılması işini daha da fəallaşdırmaqdır.

Azvision.az



Teqlər: Hikmət-Hacıyev   Türkiyə  





Xəbər lenti