İranda koronavirusdan daha 132 nəfər ölüb

İranda koronavirusdan daha 132 nəfər ölüb
  08 Sentyabr 2020    Oxunub:2988
İranda son sutka ərzində koronavirus infeksiyasından 132 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ümumilikdə ölkədə 22 542 nəfər pandemiyanın qurbanı olub.

Bir gündə daha 2302 nəfər koronavirusa yoluxub. Bununla da İranda infeksiyaya yoluxanların sayı 391 112-yə çatıb.

Hazırda 3713 xəstənin vəziyyəti ağırdır. İndiyədək 337 414 nəfər koronavirusdan sağalıb.

Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti