Prezidentin nəvəsi intihar etdi

Prezidentin nəvəsi intihar etdi
  19 Mart 2013    Oxunub:2012
Kuzey Kıbrıs Türk Cümhuriyyətinin mərhum lideri Rauf Denktaşın nəvəsi intihar edib.
Mərhum prezident Rauf Denktaşın 1985-ci ildə vəfat edən böyük oğlu Raif Denktaşın oğlu Can Denktaş atasının məzarı üstündə intihar edib.

Ətrafdakılar polisə məlumat verib, Can Denktaş “Yakın Doğu Universiteti Xəstəxanasına” aparılsa da onu xilas etmək mümkün olmayıb. Həkimlər 6 saat davam edən əməliyyatın yaxşı keçdiyini desələr də, Canın vəziyyəti qəflətən ağırlaşıb və Türkiyə saatı ilə 01.20-də vəfat edib.

Can Denktaşın maddi sıxıntı və borc ucbatından bu addımı atdığı deyilir.


Teqlər:  





Xəbər lenti