AZAL: Oktyabrın 1-dək aviareyslər bərpa edilməyəcək

      AZAL:    Oktyabrın 1-dək aviareyslər bərpa edilməyəcək
  09 Sentyabr 2020    Oxunub:3102
"Azərbaycan Hava Yolları" QSC (AZAL) tərəfindən oktyabr ayının 1-dək əvvəllər mövcud olan reyslər üzrə uçuşların bərpası nəzərdə tutulmayıb.
AZAL-dan Azvision.az -a verilən məlumata görə, hazırda xüsusi karantin rejiminin 30 sentyabr tarixinədək uzadılması səbəbindən AZAL yalnız İstanbul, London və Berlin istiqamətində xüsusi reyslər həyata keçirməyə davam edir.

Qeyd edək ki, cədvələ uyğun olaraq İstanbula uçuşlar hər gün, Londona – hər həftə cümə axşamları, Berlinə isə cümə günləri yerinə yetirilir.

Azvision.az


Teqlər: AZAL   Təyyarə   Reys  





Xəbər lenti