Xoşbəxt insanlar gec qocalır- MARAQLI

Xoşbəxt insanlar gec qocalır- MARAQLI
  27 Yanvar 2014    Oxunub:1410
London Universitetinin alimləri tərəfindən 8 il ərzində keçirilən tədqiqat xoşbəxt insanların daha gec qocaldığını müəyyən edib.
Təcrübəyə 3 min könüllü cəlb olunmuşdu. Onlar arasında istər qadın, istərsə də kişilər var idi.

Əsas seçim şərti kimi könüllülərin yaşının 60-dan çox olması götürülüb. Nəticədə isə aydın olub ki, ətrafında baş verənlərə müsbət yanaşan və həyatına sevinən insanların həyati göstəricilərinin yaşlaşmağa xas olan sürətdən daha az tempdə inkişaf etdiyini müəyyən edib. Onlar ictimai baxımdan aktiv, tez yeriyən və nəticədə yüksək fiziki hazırlığa, gündəlik problemlərin həllini daha yaxşı təşkil etmək qabiliyyətinə malik olublar.

Həyatdan zövq ala bilməyən, pessimistler isə öz növbəsində öz gündəlik işləri öhdəsindən 3 dəfə daha pis gəlirdilər. Bu isə öz növbəsində onların öz-özlərinə qulluq edə bilməməsinə və sosial xidmətlərin köməyinə müraciət etməsinə səbəb olurdu.

Ekspertlərin fikrincə, məhz bunun nəticəsidir ki, optimist insanlar daha yüksək sosial və ictimai statusla seçilirdilər. Həm də onlar nikahda daha xoşbəxt olurlar.

Qocalıqdan və xroniki xəstəliklərdən şikayətlənən insanlar öz problemlərinə qapanaraq həyata olan xüsusi maraqlarını itirirdilər. Bu zaman onlarda fiziki aktivlik xüsusən azalırdı və nəticədə sağlamlığa mənfi təsirlər baş verir, orta həyat davamlılığı azalırdı.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti