İranda koronavirusdan daha 127 nəfər ölüb

İranda koronavirusdan daha 127 nəfər ölüb
  09 Sentyabr 2020    Oxunub:2621
İranda son sutka ərzində koronavirus infeksiyasından 127 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ümumilikdə ölkədə 22 min 669 nəfər pandemiyanın qurbanı olub.

Bir gündə daha 2313 nəfər koronavirusa yoluxub. Bununla İranda infeksiyaya yoluxanların sayı 393 min 425-ə çatıb.

Hazırda 3735 xəstənin vəziyyəti ağırdır. İndiyədək 339 min 111 nəfər koronavirusdan sağalıb.

Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti