İŞİD liderlərindən biri ələ keçirildi

   İŞİD liderlərindən biri ələ keçirildi
  10 Sentyabr 2020    Oxunub:2631
Ukraynanın paytaxtı Kiyev şəhərində İŞİD terror təşkilatının liderlərindən birini saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, beynəlxalq axtarışda olan terrorçu xüsusi əməliyyat nəticəsində ələ keçirilib.

Məlumata əsasən, saxlanılan İŞİD lideri Ukraynaya saxta sənədlə daxil olub. Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs Suriya və İraqdakı döyüşlərə qatılıb və bir sıra terror hücumlarının təşkilində iştirak edib.

Azvision.az


Teqlər: Ukrayna   İŞİD  





Xəbər lenti