Koronavirusa yoluxanların sayı 28 milyonu keçdi

 Koronavirusa yoluxanların sayı 28 milyonu keçdi
  10 Sentyabr 2020    Oxunub:2139
Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 28 milyon 25 min 482 nəfərə çatıb.

Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 908 min 2 nəfərdir. İndiyədək 20 milyon 103 min 536 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 213 ölkədə qeydə alınıb.

Azvision.az



Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti