Hindistanda virusa yoluxma sayında yeni rekord

Hindistanda virusa yoluxma sayında yeni rekord
  10 Sentyabr 2020    Oxunub:2577
Hindistanda son sutka ərzində 95 min 735 nəfər koronavirusa yoluxub, 1172 ölüm faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifah Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu rəqəm Hindistanda indiyədək qeydə alınan ən yüksək göstəricidir. Belə ki, ölkədə virusa yoluxanların ümumi sayı 4 milyon 465 min 863 nəfərə çatıb, pandemiya qurbanlarının sayı 75 mini ötüb.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdədir.

Azvision.az


Teqlər: Hindistan   Koronavirus   Pandemiya  





Xəbər lenti