Ermənistanda 906 nəfər COVID-19-dan ölüb

Ermənistanda 906 nəfər COVID-19-dan ölüb
  10 Sentyabr 2020    Oxunub:3184
Ermənistanda daha 174 nəfərdə koronavirus aşkarlanıb.
Azvision.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 45 326-ya yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 1 nəfər artaraq 906-ya çatıb. İndiyədək 41 233 nəfər infeksiyadan sağalıb.

Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti